...

ATƏT PA-nın vitse-prezidenti: Azərbaycanda prezident seçkiləri gedişində ciddi pozuntular qeydə alınmayıb

Siyasət Materials 9 Oktyabr 2013 12:50 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri zamanı ciddi pozuntular müşahidə edilməyib.
ATƏT PA-nın vitse-prezidenti: Azərbaycanda prezident seçkiləri gedişində ciddi pozuntular qeydə alınmayıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Y.Kosolapova/

Azərbaycanda prezident seçkiləri zamanı ciddi pozuntular müşahidə edilməyib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti, Gürcüstan Parlamentinin üzvi Qeorqi Sereteli bildirib.

Sereteli deyib: "Seçkilər sakit şəraitdə keçir, səsvermə prosesi qanuna müvafiq şəkildə gedir, biz hər hansı ciddi qanun pozuntusu müşahidə etməmişik".

O vurğulayıb ki, seçki prosesinin texniki təchizatı yaxşı səviyyədədir.

ATƏT-in Müşahidə Missiyasının üzvü, Slovakiya Parlamentinin deputatı Andrey Kolesnikovun sözlərinə görə, səsvermə prosesi zamanı problem olmayıb: "Səsvermə prosesi çox yaxşı şəkildə təşkil edilib".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti