...

Moldova MSK-nın sədri: Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb

Siyasət Materials 9 Oktyabr 2013 15:10 (UTC +04:00)
Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb. Bu barədə çərşənbə günü Trend-ə Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan deyib.
Moldova MSK-nın sədri: Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanda prezident seçkiləri üçün hər şey yüksək səviyyədə hazırlanıb. Bu barədə çərşənbə günü Trend-ə Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Yuri Çokan deyib.

Y. Çokan Azərbaycanda prezident seçkilərinin gedişatını izləyir.

Onun sözlərinə görə, seçki məntəqələri açılan kimi beynəlxalq nümayəndə heyətinin tərkibində məntəqələrə baş çəkirlər: "Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlerinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb".

Y. Çokan qeyd edib ki, hər şey yüksək səviyyədə hazırlanıb: "Fikrimizcə, seçki fəallığı olduqca yüksək olmalıdır, çünki biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb".

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti