...

Yavər Camalov Serbiyanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 1 Noyabr 2013 17:03 (UTC +04:00)
Noyabrın 1-də müdafiə sənayesi naziri Yavər Camalov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.
Yavər Camalov Serbiyanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Noyabrın 1-də müdafiə sənayesi naziri Yavər Camalov Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviçi qəbul edib.

Müdafiə Sənayesi Nazirliyindən Trend-ə daxil olan məlumata görə, Y.Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan ilə Serbiya arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsini yüksək qiymətləndirdiyini bildirib.

Görüşdə nazir səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib. Z.Vayoviç səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti