...

ABŞ konqresmenləri: Azərbaycan siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkədir

Siyasət Materials 25 Noyabr 2013 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edərək, bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyinə əminlik ifadə edib.

Konqresmenlər ölkəmizdə gördükləri qonaqpərvərlikdən və Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə ediblər. Qonaqlar, eyni zamanda, Azərbaycanı siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi xarakterizə ediblər.

E.Məmmədyarov ölkəmizin ABŞ ilə möhkəm əməkdaşlığı nəticəsində regionda həyata keçirdiyi nəhəng layihələrin bütövlükdə regionun inkişafında oynadığı rol barədə məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir bu münaqişənin nizama salınmasında ABŞ-ın həmsədr ölkə kimi rolunun vacib olduğunu vurğulayıb.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti