Azərbaycan, Bakı, 29 noyabr /Trend/
Əfqanıstan Prezidenti Həmid Kərzai ABŞ qüvvələrinin Helmand şəhərindəki evlərdən birinə pilotsuz uçuş aparatları ilə hücumunu pisləyib.
Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, H.Kərzai Birləşmiş Ştatları sərt ifadələrlə qınayaraq bildirib ki, bu son hücum ABŞ qüvvələrinin Əfqanıstanın mülki vətəndaşlarının həyatına hörmət etmədiyini göstərir:
"Əcnəbi hərbçilərin ölkəmizdə belə hərəkətləri davam etdikcə təhlükəsizlik haqqında ikitərəfli saziş imzalanmayacaq".
Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında ABŞ-ın pilotsuz uşuş aparatlarının bir yaşayış evinə hücumu nəticəsində bir uşaq həlak olub, iki qadın ağır yaralanıb.