...

Azərbaycan deputatları Brüsseldə "Parlamentlərdəki qadınların Qlobal Forumu" adlı forumda iştirak ediblər

Siyasət Materials 30 Noyabr 2013 18:59 (UTC +04:00)
27-29 noyabr tarixlərində Avropa Parlamenti "Parlamentlərdəki qadınların Qlobal Forumu" adlı Zirvə toplantısına ev sahibliyi edib.
Azərbaycan deputatları Brüsseldə "Parlamentlərdəki qadınların Qlobal Forumu" adlı forumda iştirak ediblər

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

27-29 noyabr tarixlərində Avropa Parlamenti "Parlamentlərdəki qadınların Qlobal Forumu" adlı Zirvə toplantısına ev sahibliyi edib.

Bu tədbir dünyanın müxtəlif parlamentlərini təmsil edən qadınları bir araya gətirən və onların təmsil etdikləri cəmiyyətləri daha da irəli aparmaq üçün təcrübə mübadiləsi aparmağa imkan verən ilk tədbirdir. Tədbirin keçirildiyi tarix 120 il öncə dünyada ilk dəfə Yeni Zelandiyada qadınlara səsvermə hüququnun verilməsi ilə əlamətdardır.

Trend-in məlumatına görə, Brüsseldə keçirilmiş forumda 100 ölkədən 400-dən çox qadın millət vəkili iştirak edib. Ölkəmizi bu toplantıda Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Sahibə Qafarova və Gülçöhrə Məmmədova təmsil ediblər.

Millət vəkilləri çıxışlarında Azərbaycanda qadınlara səsvermə hüququnun hələ 1918-ci ildə verilməsindən bəhs edərək, bunun müsəlman Şərqində bir ilk olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Onlar, həmçinin Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında, eyni zamanda, təhsil sistemində oynadığı fəal rolundan bəhs ediblər.

Forum plenar sessiyalarla yanaşı, müxtəlif mövzularda işçi qrupların iclasları formatında davam edib və Mədəniyyətlər Festivalı ilə yekunlaşıb. Mədəniyyətlər Festivalında tədbir iştirakçılarına Azərbaycan mətbəxinə aid təamlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti