...

Rusiya və Azərbaycan parlamentariləri ikitərəfli əməkdaşlığın normativ-hüquqi bazasını təkmilləşdirirlər

Siyasət Materials 11 Dekabr 2013 17:53 (UTC +04:00)
Bu gün Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçirilib.
Rusiya və Azərbaycan parlamentariləri ikitərəfli əməkdaşlığın normativ-hüquqi bazasını təkmilləşdirirlər

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Bu gün Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının 11-ci iclası keçirilib. Bu barədə Trend Şuranın rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, tədbiri Federasiya Şurası sədrinin müavini, komissiyanın həmsədri İlyas Umaxanov və Azərbaycan Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, komissiyanın həmsədri Valeh Ələsgərov aparıblar.

Şuranın vitse-spikeri deyib ki, ikitərəfli parlament komissiyasının əvvəlki iclasından bir il keçir.

İ.Umaxanov deyib ki, bu dövr beynəlxalq arenada, hər bir ölkənin siyasi həyatında, Rusiya-Azərbaycan münasibətlərində, eləcə də parlamdentlərarası əməkdaşlıq sahəsində çoxlu hadisələrlə zəngindir.

O, qeyd edib ki, azərbaycanlı parlamentarilər MDB Parlamentlərarası Assambleyasının iclaslarında müntəzəm iştirak edirlər.

İ.Umaxanov bildirib ki, ölkələr arasında Rusiya və Azərbaycan ali rəhbərlərinin dialoqunun əsas və müəyyənedici amil olduğu siyasi əməkdaşlıq fəal inkişaf edir.

Federasiya Şurasının vitse-spikeri deyib ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq artan xətt üzrə inkişaf edir. 2013-cü ilin yanvar-avqust aylarında ikitərəfli əmtəə dövriyyəsinin həcmi 2 milyard 370 milyon dollar təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə 18,5 faiz artıb.

Onun sözlərinə görə, Azərbaycanla Rusiya Federasiyasının bir sıra subyektləri arasında birbaşa əlaqələr inkişaf edir.

Komissiyanın üzvləri Rusiya-Azərbaycan dövlət sərhədində "Yaraq-Kazmalyar" (Rusiya) - Samur (Azərbaycan) buraxılış məntəqəsində avtomobil körpüsünün tikintisi haqqında hökumətlərarası sazişin reallaşdırılmasına parlament nəzarəti mövzusuna xüsusi diqqət ayırıblar.

V.Ələsgərov hər iki ölkənin parlamentarilərinə bu məsələnin həllinə qoşulmağı təklif edib.

İclasda bildirilib ki, ümumilikdə son iki onillik ərzində yaradılan Rusiya-Azərbaycan çoxşaxəli əməkdaşlığı üzrə hüquq-müqavilə bazası onun inkişafı üçün əsaslı şərait yaradır. Bununla yanaşı, görüş iştirakçıları qüvvədə olan bəzi normativ-hüquqi aktların təkmilləşməyə və yenidən işlənməyə ehtiyacı olduğunu qeyd ediblər.

İ.Umaxanov hesab edir: "Müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafına mane olan pis işləyən normativ-hüquqi aktlar şəklində əngəllərin aradan qaldırılmasına kömək göstərilməsi, həmçinin milli qanunvericiliyin təkmilləşdirilməsi prosesində MDB PA-nın model qanunvericiliyindən istifadə parlamentlərarası komissiya çərçivəsində bizim qarşılıqlı fəaliyyətimizin əsas məsələlərindən biridir".

Ticari-iqtisadi, sosial və humanitar sahələrdə Rusiya və Azərbaycanın daha ahəngdar qarşılıqlı fəaliyyətinin nailiyyəti üçün iki ölkənin vergi, gömrük və miqrasiya qanunvericiliyi normalarının yaxınlaşması məsələlərinə xüsusi diqqət ayırmaq təklif edilib.

İclas çərçivəsində tərəflər, həmçinin MDB PA, AŞ PA, ATƏT PA və digər beynəlxalq parlament təşkilatlarında iş çərçivəsində Rusiya və Azərbaycanın qanunvericilərinin qarşılıqlı fəaliyyətinin perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti