...

Yavər Camalov: Azərbaycanda 2014-cü il üçün müdafiə sənayesi məhsulları ilə bağlı dövlət sifarişlərinin qəbulu işləri bitib

Siyasət Materials 17 Dekabr 2013 11:34 (UTC +04:00)
Azərbaycanda müdafiə sənayesi sahəsində 2014-cü il üçün dövlət sifarişi proqramı artıq formalaşıb. Təkcə Müdafiə Nazirliyi deyil, digər qurumlar da öz sifarişlərini ediblər.
Yavər Camalov: Azərbaycanda 2014-cü il üçün müdafiə sənayesi məhsulları ilə bağlı dövlət sifarişlərinin qəbulu işləri bitib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda müdafiə sənayesi sahəsində 2014-cü il üçün dövlət sifarişi proqramı artıq formalaşıb. Təkcə Müdafiə Nazirliyi deyil, digər qurumlar da öz sifarişlərini ediblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Y.Camalov bildirib ki, Türkiyədə, eləcə də bir sıra dövlətlərdə Azərbaycanda istehal olunan müdafiə sənayesi məhsullarına böyük maraq var: "Bunun nəticəsi olaraq 3 ölkədə beynəlxalq tenderlərdə iştirak etmişik və qalib olmuşuq. Hazırda həmin məhsulların ixracı istiqamətində təşkilatı işlər aparılır. İxracatda əsas yeri Türkiyə, İordaniya və başqa ölkələr tutur".

Nazir gələn ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX-2014" beynəlxalq müdafiə sənayesi sərgisinə hazırlıq işləri barədə də məlumat verib: "2014-cü ildə Azərbaycanda keçiriləcək bu sərgi regionda ilk belə tədbir olacaq. Hazırda sərgi ilə bağlı ciddi təşkilati işlərlə məşğuluq. Bu günə olan məlumata görə, artıq 21 ölkədən 100-dən artıq şirkət sərgidə iştirak edəcəyini təsdiqləyib. Ümidvarıq ki, regionda ilk dəfə keçirilən bu sərgi yüksək səviyyədə başa çatacaq və ölkəmizin siyasi, iqtisadi, hərbi potensialının və nüfuzunun artmasına kömək edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti