...

Həmid Kərzai ABŞ-ı uşaq ölümündə ittiham etdi

Siyasət Materials 16 Yanvar 2014 03:23 (UTC +04:00)
Əfqanıstan Prezidenti Həmid Kərzai ABŞ-ı Amerika qoşunlarının ölkənin mərkəzi hissəsinə hava zərbəsi nəticəsində 7 uşaq və 1 qadının ölümündə ittiham edib.
Həmid Kərzai ABŞ-ı uşaq ölümündə ittiham etdi

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Əfqanıstan Prezidenti Həmid Kərzai ABŞ-ı Amerika qoşunlarının ölkənin mərkəzi hissəsinə hava zərbəsi nəticəsində 7 uşaq və 1 qadının ölümündə ittiham edib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi Prezidentin ofisinin bəyanatına istinadən xəbər verir.

Bəyanatda qeyd olunur ki, ötən gecə Amerika qüvvələrinin bombardmanı nəticəsində ölkənin Pərvan vilayətində 1 qadın və 7 uşaq həlak olub, 1 nəfər isə xəsarət alıb:

"Əfqanıstan hökuməti artıq neçə ildir ki, ölkənin kəndlərində əməliyyatlara son qoymağı xahiş edir, lakin Amerika qoşunları bütün ikitərəfli razılaşmaların əksinə olaraq yaşayış rayonunu bombardman etdilər və dinc vətəndaşları qətlə yetirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti