...

Dənizdə mühafizəni gücləndirmək üçün Avropadan Azərbaycana yeni radarlar gətiriləcək

Siyasət Materials 29 Yanvar 2014 18:05 (UTC +04:00)
"Kelvin Hughes" şirkəti Azərbaycanda dənizdə yerləşən obyektlərin mühafizəsi üçün 11 ədəd "SharpEye™" radarını tədarük edəcək.
Dənizdə mühafizəni gücləndirmək üçün Avropadan Azərbaycana yeni radarlar gətiriləcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

"Kelvin Hughes" şirkəti Azərbaycanda dənizdə yerləşən obyektlərin mühafizəsi üçün 11 ədəd "SharpEye™" radarını tədarük edəcək.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, qərargahı Norveçdə yerləşən "VisSim" Dəniz Aktivlərinin Mühafizəsi və Müşahidə Sisteminin tərkibi kimi, "Kelvin Hughes" Xəzər dənizində hasilat platformaları üçün 10 ədəd "SBS-800-1" antenası (3.7 metr) və 1 ədəd "SBS-800-2" RLS tədarük edəcək.

Radarlar Xəzər dənizindəki hasilat platformalarında və sahil ərazilərdə quraşdırılacaq. "Kelvin Hughes" tərəfindən hazırlanan fiber-optik xətlə mərkəzə bağlanan "SharpEye™" radarları təkmilləşmiş ekrana, sürətli və daha çox məlumat ötürmə imkanına malikdir.

Məlumatda qeyd olunur ki, radarların çatdırılması, quraşdırılması və testləri 2014-cü ilin avqust ayınadək başa çatacaq.

"Kelvin Hughes" şirkətinin satış və marketinq direktoru Spayk Hyuz "SharpEye™" radarlarının Azərbaycanın dənizdə yerləşən obyektlərinin mühafizəsində ehtiyacı olan hər şeyi təmin edəcəyinə əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti