Əli Həsənov: Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur (MÜSAHİBƏ)

Əli Həsənov: Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmaq hər bir vəzifəli şəxsin borcudur (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Trend İnformasiya Agentliyinə müsahibəsi

- Əli müəllim, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda korrupsiyaya qarşı mübarizəyə dair səsləndirdiyi fikirlər ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sizcə, ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində nümunəvi ölkəyə çevrilməsi üçün daha hansı zəruri addımlar atılmalıdır?

- Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər hüquqi-normativ sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılmışdır. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, həmçinin "ASAN xidmət" kimi innovativ strukturun formalaşdırılması, "Elektron Hökumət" proqramının tətbiqi və s. əyani şəkildə göstərir ki, bu sosial problemin aradan qaldırılması dövlət siyasətinin prioritet istiqmətlərindən birini təşkil edir.

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işləri vurğulamaqla, bu sahədə institusional, sistem və inzibati, cəza xarakterli tədbirlərin daha səmərəli şəkildə davam etdirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin həyata keçiriləcəyini bəyan etmişdir. Son 10 ildə Azərbaycan sürətli və dinamik inkişaf yolu keçmiş, beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən sabit ölkələrindən biridir, xalqımız həyata keçirilən siyasətə böyük dəstək verir. Buna görə də hansısa subyektiv amillərin əldə olunmuş mühüm uğurlara kölgə salmasına imkan verilməməlidir və verilməyəcək. Qarşıdan gələn dövrdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdiriləcək, lakin sistem xarakterli tədbirlərə daha çox üstünlük veriləcək. Eyni zamanda, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması, ictimai nəzarət mexanizminin stimullaşdırılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsi, dövlət qulluqçularının məsuliyyəti, Vətənə sədaqətli xidmət kimi məsələlər diqqət mərkəzində olacaqdır. Bu norma və prinsiplərə əməl etməyən, öz işində ardıcıl nöqsanlara yol verən dövlət qulluqçuları, vəzifəli şəxslər ya Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarıb öz işlərində dönüş yaratmalıdırlar, ya da qanunun sərt üzü ilə üzləşəcəklər.

"Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq iqtidarındadır"

- Azərbaycan gənclərinin xarici ölkələrdə, xüsusilə Suriyada silahlı münaqişələrə cəlb edilməsi geniş müzakirə mövzusuna çevrilmişdir. Bu cür neqativ halların qarşısının alınması üçün qanunvericiliyin daha da sərtləşdirilməsinə və ya digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac varmı?

- Bilirsiniz ki, humanizm, problemlərin dialoq vasitəsilə həlli dövlətimizin xarici siyasətinin başlıca istiqamətlərindən biridir. Azərbaycan dünyanın müxtəlif nöqtələrində baş verən münaqişələrdə, o cümlədən Suriyada tərəf kimi iştirak etmir və belə bir niyyəti də yoxdur. Azərbaycan özü münaqişədən əziyyət çəkən, ərazisinin 20 faizi işğal altında olan bir ölkədir və bütün resurslarını bu problemin ədalətli şəkildə, beynəlxalq hüquq prinsiplərinə uyğun həll edilməsinə yönəltmişdir. Buna görə də vətəndaşlarımızın ayrı-ayrı bölgələrdə münaqişələrə cəlb olunması, hansısa anlaşılmaz ideyaların, kimlərinsə maraqlarının qurbanına çevrilməsi narahatlıq doğurmaya bilməz. Çünki həmin şəxslər bizim vətəndaşlarımızdır və dövlət onların taleyinə biganə qala bilməz. Digər tərəfdən, bu gün Azərbaycanın özünün vətənpərvər, millətini sevən, mübariz insanlara, gənclərə ehtiyacı var. Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışır. Həm təhlükəsizlik orqanları, həm də Xarici İşlər Nazirliyi, səfirliklərimiz bu məsələ ilə yaxından məşğuldurlar və müvafiq tədbirlər həyata keçirirlər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu, çox mürəkkəb məsələdir və müəyyən mərhələdə daha sistemli yanaşma tələb edə bilər. Azərbaycan vətəndaşlarının müxtəlif qaynar nöqtələrdəki münaqişələrə cəlb olunması fərdi xarakter daşıyır. Lakin bu proses kütləviləşərsə və cəmiyyət üçün təhlükə yaradarsa, qeyd etdiyim kimi, sistem xarakterli tədbirlərin həyata keçirilməsi və bunun tərkib hissəsi kimi, qanunvericiliyin sərtləşdirilməsi istiqamətində addımlar atıla bilər.

- Bəzi KİV-lərdə və sosial şəbəkələrdə radikal dini təmayüllü cərəyanların, qrupların nümayəndələrinin Azərbaycanın milli təhlükəsizliyinə xələl gətirə bilən, onu təhdid edən təbliğatlarına geniş yer verilir. Azərbaycanda əsrlər boyu hökm sürən məzhəblər və dinlərarası tolerantlığa zidd olan bu cür fikirlərin yayılmasının arxasında hansı qüvvələr dayanır? Ümumiyyətlə, bu qüvvələrin məqsədi nə ola bilər?

- Dünyada iqtisadi böhran, sosial təlatümlər, vətəndaş qarşıdurması, qanlı münaqişələr, gərginlik müşahidə olunduğu bir dövrdə Azərbaycanın dinamik inkişafı, hökm sürən sabitlik ölkəmizi istəməyən müəyyən xarici qüvvələri narahat edir. Bəzi hallarda xarici KİV-lərdə Azərbaycan haqqında obyektivlikdən uzaq, qərəzli materialların şahidi oluruq. İnternet, sosial şəbəkələr isə tam sərbəst bir məkandır və çox təəssüf ki, qlobal şəbəkədən həm də müxtəlif şəxslərə, ölkələrə qarşı kampaniya təşkil etmək, ictimai fikrə təsir göstərmək, cəmiyyətdə süni şəkildə narazılığı, o cümlədən dini radikallığı stimullaşdırmaq üçün istifadə olunur. Bəzi hallarda belə cəhdlərin arxasında müəyyən xarici qüvvələrin, beynəlxalq təşkilatların kölgəsi də sezilir. Lakin Azərbaycan güclü dövlətdir və istənilən təhdidlərin, milli təhlükəsizliyə xələl gətirmək cəhdlərinin qarşısını layiqli şəkildə almaq iqtidarındadır.

"Mahir Zeynalovun deportasiyası iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilməz"

- Azərbaycan vətəndaşı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsi faktı bəzən çox şişirdilir. Bununla, iki ölkə arasında olan strateji əməkdaşlığa kölgə salmaq istəyirlər. Bu məsələyə münasibətinizi bilmək istərdik.

- Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək bəyan etmişlər ki, M.Zeynalovun deportasiyası onun ölkədə qalma müddətinin başa çatması ilə bağlı olmuşdur. Hesab etmirəm ki, bu hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər.
Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır.

- Ermənistan tərəfi Soçi olimpiadası dövründə atəşkəsə əməl olunacağını vəd etsə də, buna əməl etmir. "Soçi barışığı" dövründə cəbhə xəttində gərginlik davam edir...

- Bu hal bir daha təsdiq edir ki, Ermənistan konstruktiv dialoqda, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil. Ermənistan rəhbərliyi mövcud status-kvonun saxlanmasına çalışır və istənilən sülh təşəbbüslərini müxtəlif vasitələrlə əngəlləyir. Hər halda, Ermənistanın növbəti təxribatı ATƏT-in Minsk qrupunun həmsədrləri - həm Olimpiya oyunlarının keçirildiyi Rusiya, həm də bu barədə sosial şəbəkədə məlumat verən amerikalı həmsədr üçün aydın mesaj olmalıdır.

"Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir"

- Bakıda bir sıra iri infrastruktur layihələri həyata keçirilir. Bununla bağlı şəhərin mərkəzində, o cümlədən Yasamal rayonu ərazisində minlərlə evin sökülməsi nəzərdə tutulur. Azərbaycanın müvafiq qurumları vətəndaşların mülkiyyət hüququnun qorunması üçün hansı işləri həyata keçirəcək?

- Artıq bir neçə ildir ki, ölkəmizdə, xüsusilə də Bakı şəhərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Yeni parklar salınır, müasir binalar, mədəniyyət abidələri və s. inşa olunur. Bütün bunlar paytaxtımızın inkişafına, müasirləşməsinə xidmət edir. Bəzi hallarda layihələrin icrası zamanı vətəndaşların köçürülməsinə ehtiyac yaranır və bu işə məsul orqanlar vətəndaşlara müvafiq kompensasiyalar ödəməklə zəruri tədbirlər həyata keçirirlər. Tam əminliklə deyə bilərəm ki, bu günə qədər olduğu kimi, bundan sonra da vətəndaşların mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmayacaq. Köçürülmə nəzərdə tutulan ərazi, köçürməni həyata keçirən orqanlar, kompensasiyaların məbləği artıq müəyyənləşmişdir və bütün bu məsələlər müvafiq qaydada tənzimlənəcəkdir.

Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyə İsrailin Şərqi Qüdsdə fələstinlilərə qarşı hərəkətlərini pisləyib
İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub
Vaşinqtonda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib (FOTO)
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk - Rusiya XİN başçısı
Azərbaycana “Sputnik V” vaksininin birinci partiyası gətirilib, bu ay daha böyük partiyalar gözlənilir - Sergey Lavrov
Prezident İlham Əliyev: Bizdə olan bütün hərbi əsirləri vermişik
Prezident İlham Əliyev: Revanşizm qoxusu verən bəyanatları Ermənistan üçün təhlükəlidir
Prezident İlham Əliyev: Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir
Prezident İlham Əliyev: Rusiya ilə bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik
Prezident İlham Əliyev: Münaqişədən sonrakı vəziyyət sıx əlaqə saxlamağın zəruri olduğunu diktə edir
Ombudsmanın regional mərkəzləri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn tədbirlər təşkil ediblər (FOTO)
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Kürdəmirdə "Mercedes" yanıb
Ermənistan parlamenti ikinci dəfə baş naziri seçə bilməyib
Prezident İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Azərbaycanın var olması Heydər Əliyevin adı ilə bağlıdır - Deputat
Ermənilərin növbəti feyk xəbəri ifşa edildi (FOTO)
"Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda anım tədbiri keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları Ramazan bayramı münasibətilə şəhid məzunların ailələrini ziyarət ediblər (FOTO)
Zalsburqdakı Azərbaycan Evində ulu öndər Heydər Əliyev yad edilib (FOTO)
Bu gün Qubada “Azərbaycan-Türkiyə Qardaşlıq Parkı”nın açılışı olub (FOTO)
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Quba rayonuna səfər edib
Ulu Öndərin anadan olmasının növbəti ildönümü günündə azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib (FOTO/VİDEO)
MÜSİAD Azərbaycan idarə heyəti Qubada Heydər Əliyev mərkəzini ziyərət ediblər (FOTO)
Prezident İlham Əliyev: Rusiya Ermənistanın dəmir yollarına sahibdir, bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi müdrikliyi ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq
Krasnoyarskın "TBK" telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər
Prezident İlham Əliyev: Bu səfərin çox böyük rəmzi mənası var
Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar
Prezident İlham Əliyev Kanada və Fransa XİN-nin bəyanatını kəskin tənqid etdi: Gedin, öz işlərinizlə məşğul olun
Prezident İlham Əliyev: Naxçıvan ordusunda olan hərbi texnika bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür
Prezident İlham Əliyev: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur
Samsung sizi Bespoke Home yeni məişət texnikasının təqdimatına dəvət edir
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər (FOTO)
İsraildə prezident seçkilərinin vaxtı açıqlanıb
Yaponiya bu il ilk koronavirus peyvəndini istehsal edəcək
Stokholmda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü qeyd edilib (FOTO)
Mübariz Qurbanlı: Vətən müharibəsində əldə olunan tarixi qələbə Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut etdi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim
Azərbaycanda son sutkada 371 nəfər koronavirusa yoluxub, 892 nəfər sağalıb, 18 nəfər vəfat edib (ƏLAVƏ OLUNUB)
Prezident İlham Əliyev: Bir neçə ildən sonra Naxçıvanda içməli su layihələri 100 faiz həll olunacaq
Yaponiyada görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş veriliş yayımlanıb (FOTO)
Qazaxıstanda koronavirusa daha 2 142 nəfər yoluxub
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular (VİDEO)
DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər (FOTO)
Heydər Əliyev dünya miqyaslı şəxsiyyət olub və bütün sahələrdə fenomenal biliklərə sahib olub - Sakit Məmmədov
Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Abşeronda genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib (FOTO)
Vladimir Putin Prezident İlham Əliyevə telefonla zəng edib
Azərbaycana köç edən nadir çöl quşlarının ovu qadağan edilir - ETSN
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib (FOTO/VİDEO)
Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib - İqor Korotçenko
DSX-nin bütün hərbi hissə və bölmələrində Ümummilli Liderin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb (FOTO)
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin yeni ofisinin açılışı olub (FOTO)
Azərbaycanda 400-dən çox quş növü müəyyənləşib - Nazirlik
İki nəfəri tüfənglə yaralayan Şəmkir sakini saxlanılıb
Küveytin iri neft yatağında yanğın olub - Xəsarət alanlar var
Heydər Əliyevin Azərbaycanın həyatının bütün istiqamətlərində nəhəng əməyini və təsirini qiymətləndirmək çox çətindir - Natiq Rəsulzadə
Kəndlərin minalardan təmizlənməsinə Ağdamdan başlanılacaq - İcra başçısı (VİDEO)
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (YENİLƏNİB) (FOTO/VİDEO)
Ölkə ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 75 mini keçib
Səbaildə keçirilən ağacəkmə aksiyasında 300-dən çox ağac və gül kolları əkilib (FOTO)
“Azərsun Holdinq” Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Qaradağda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbir keçirilib (FOTO)
Minatəmizləmə işinin sürətlənməsi üçün yeni texnikalar gətirilir - Agentlik sədri (VİDEO)
Prezident İlham Əliyev Ordubad dəmir yolu stansiyasında görülən işlərlə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Ordubadın su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)
Bu il Ceyhan terminalından 70 milyon bareldən çox AÇG nefti yola salınıb
Vətən müharibəsində Zəfər ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir - İsa Həbibbəyli
Güclü külək Ağcabədidə fəsadlar törədib (VİDEO)
Paşinyanın kortejində qəza olub - Xəsarət alanlar var
Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir (FOTO)
Prezident İlham Əliyev Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Ağdamda Ulu öndərin doğum günü münasibətilə ağacəkmə kampaniyası keçirilib (FOTO)
Bu ərazilərə qar yağıb - Faktiki hava
Parlamentdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub (FOTO)
Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Xaçmaz rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib
Hacıqabul sakinindən narkotik və odlu silah götürülüb
Ermənistanın mülki əhaliyə qarşı cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb - Kamran Əliyev
Xəstəxanalardakı qanunsuzluqlarla əlaqədar istintaq davam etdirilir - Baş prokuror
Sabah arabir yağış yağacaq, şimşək çaxacaq
Qarabağda vuruşmuş erməni terrorçuları ilə bağlı cinayət işi yekunlaşmaq üzrədir - Kamran Əliyev
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli Liderin xatirəsini yad edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Xəzər rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Naxçıvan şəhərində “ASAN xidmət” binasının tikintisi ilə tanış olub (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib (FOTO)
Bir həftədə 93 hektara yaxın ərazi minadan təmizlənib
Apreldə DGK əməkdaşları 730 kiloqramdan artıq narkotik aşkar edib - Səfər Mehdiyev
Bütün xəbərlər