Azərbaycan, Bakı, 6 mart /Trend/
"Ədalətli Rusiya" fraksiyasının rəhbəri Sergey Mironov bəyan edib ki, Dövlət Duması gələn həftə Krımın Rusiyanın tərkibinə daxil olması ehtimalı haqqında qanun layihəsinə baxa bilər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun layihəsinin müəlliflərindən biri olan S.Mironov bildirib ki, Krımda referendum martın 16-da keçiriləcəyi üçün Dövlət Duması qanunu normal rejimdə müzakirə edə bilər.