...

Avropa İttifaqı Ukraynaya birinci yardım tranşını iyunda ayıra bilər

Siyasət Materials 19 Mart 2014 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Bu gün Avropa Komissiyasının təklif etdiyi bir milyard avro həcmində makromaliyyələşdirmə proqramından təxminən 500 milyon avroluq birinci yardım tranşının iyunda Ukraynanın hesabına yatırılması gözlənilir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının Ukraynaya maliyyə dəstəyi göstərilməsi üzrə Avropa Şurası üçün təklifində deyilir.

Sənəddə deyilir: "Tranşlar arasında yubanma minimum üç ay olacaq. İlk hesaba yatırma 2014-cü ilin iyununda, ikinci isə cari ilin payızında gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti