...

Türkiyə güc strukturlarının məxfi iclasının detallarının yayılmasında şübhəli bilinən keçmiş hərbçi saxlanılıb

Siyasət Materials 29 Mart 2014 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə güc strukturlarının keçirdiyi məxfi müşavirənin təfərrüatlarının yayılması işi üzrə bir nəfər saxlanılıb. Bu barədə Trend "Milliyyət" qəzetinə istinadən məlumat verir.

Saxlanılan şəxs Türkiyə xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Öndər Aytaçdır. O, dünən yerli telekanalların birində bəyan etmişdi ki, Türkiyə Suriyaya müdaxilə etməyə hazırlaşır.

Qeyd edək ki, YouTube-da Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər.

Bundan sonra isə Türkiyədə YouTube-a giriş bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti