...

Bakıda Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub (FOTO)

Siyasət Materials 2 Aprel 2014 20:27 (UTC +04:00)
Bu gün Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Bakıda Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Әhmədova/

Bu gün Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi münasibətilə Rumıniyanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə qonaqları salamlayan Rumıniyanın ölkəmizdəki səfiri Daniel Çiobanu bildirib ki, Rumıniya NATO-da həm Avropa, həm də bütün dünya ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirir. "Bu baxımdan Azərbaycan Rumıniya üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan NATO üçün strateji tərəfdaşdır".

Səfir Әfqanıstandakı əməliyyatlara verdiyi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib: "Sülh Naminə Tərəfdaşlıq çərçivəsində geniş əməkdaşlığımız mövcuddur".

D.Çiobanu enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlığı da vurğulayıb: "Ümid edirəm ki, gələcək illərdə mövcud olan əlaqələr daha da inkişaf edəcək".

Diplomat, həmçinin Azərbaycanın bu ilin sentyabrında keçiriləcək NATO sammitində çox vacib rol oynayacağına əmin olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti