...

Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin bəzi səlahiyyətlərini ləğv edib

Siyasət Materials 11 Aprel 2014 14:07 (UTC +04:00)
Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin Hakimlər və Prokurorlar Ali Şurası üzərində olan bütün səhahiyyətlərini ləğv edib.
Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin bəzi səlahiyyətlərini ləğv edib

Azərbaycan, Bakı, 11aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Konstitusiya Məhkəməsi Ədliyyə Nazirliyinin Hakimlər və Prokurorlar Ali Şurası üzərində olan bütün səhahiyyətlərini ləğv edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı məlumat verib.

Məlumata əsasən, Hakimlər və Prokurorlar Ali Şurasının Ədliyyə Nazirliyinə tabe olması haqqında qərarı bu il fevralın 28-də ölkə Prezidenti Abduullah Gül təsdiqləmişdi.

Ölkə Prezidentinin qərarı təsdiqləməsindən sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalamışdı. Sənədə əsasən, Şuraya əlavə olaraq baş katibin beş müavini, eləcə də üç müfəttiş təyin edilmişdi.

Şuranın Ədliyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) Konstitusiya Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası 1981-ci ildə təsis edilib. Şuranın səlahiyyətlərinə hakim və prokurorların hazırlanması, işə təyin olunması, eləcə də onların işdən kənarlaşdırılması və məhkəmə proseslərinə təyin edilməsi daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti