...

ABŞ konqresmenlərinin Azərbaycana səfərinin tarixi açıqlandı

Siyasət Materials 17 Aprel 2014 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, amerikalı konqresmen Ed Roysun başçılıq etdiyi nümayəndə heyəti bu həftə sonu Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə konqresmen Ed Roysla yanaşı, digər konqresmenlər Eliot Engel, Lois Frankel və David Sisilayn (David Cicilline) daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan dövlət rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Bakıya səfərin ardınca, nümayəndə heyəti Kiyevə və Yerevana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti