...

Türkiyə rekord məbləğdə cərimələnib

Siyasət Materials 12 May 2014 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend/

Avropa İnsan Haqları Məhkəməsi Türkiyəni 90 milyon avro məbləğində cərimələyib.

Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, mövcud qərar Kiprin 1974-cü ildə adada baş vermiş hadisələrə görə Türkiyəyə qarşı iddiası əsasında qəbul edilib.

Məhkəmənin qərarına əsasən, bu məbləğin 30 milyon avrosu itkin düşənlərin ailələrinə mənəvi təzminat qismində, 60 milyon avro isə Karpaz yarımadasında yaşayan yunanlara veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti