...

Əhməd Davudoğlu: Türkiyə Kipr yunanlarına təzminat ödəməyə hazırlaşmır

Siyasət Materials 13 May 2014 16:06
Türkiyə 1974-cü ildə adada keçirilmiş əməliyyatla əlaqədar Kipr yunanlarına təzminat ödəməyə hazırlaşmır.
Əhməd Davudoğlu: Türkiyə Kipr yunanlarına təzminat ödəməyə hazırlaşmır

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə 1974-cü ildə adada keçirilmiş əməliyyatla əlaqədar Kipr yunanlarına təzminat ödəməyə hazırlaşmır. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı yanlış və məntiqsizdir, hüquqi əsası yoxdur və təcrübədə icra etmək mümkün deyil.

Ə.Davudoğlu vurğulayıb ki, məhkəmənin qərarı Türkiyəni Kipr probleminin ədalətli və yekun həlli məsələsi üzrə dəyişməz mövqeyindən daşındıra bilməyəcək.

Qeyd edək ki, dünən AİHM qeyd edilən hadisələrə görə Ankaranın Kipr yunanlarına təzminat ödəməli olması barədə qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti