...

Azərbaycan Gürcüstanın "Delta" Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir

Siyasət Materials 30 May 2014 19:28 (UTC +04:00)
Azərbaycan Gürcüstanın “Delta” Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir. Bu barədə cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında keçirilmiş görüşdə məlum olub.
Azərbaycan Gürcüstanın "Delta" Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir

Gürcüstan, Tbilisi, 30 may /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan Gürcüstanın "Delta" Elmi-Müdafiə Mərkəzinin məhsullarına maraq göstərir. Bu barədə cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında keçirilmiş görüşdə məlum olub.

Baş nazirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli münasibətləri, regionun enerji nəqli infrastrukturunun təhlükəsizliyinin təmin olunması baxımından Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında dost və tərəfdaşlıq münasibətlərini dərinləşdirməklə bağlı qarşılıqlı istək ifadə edilib.

Görüşdə, həmçinin Gürcüstanın müdafiə naziri İrakli Alasaniya iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti