Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Təmkin Cəfərov/
İran Silahlı Qüvvələrinin Quru Qoşunları ölkənin qərb və cənub-qərb sərhədlərində (İraqla sərhəddə) hərbi hazırlıq vəziyyətinə gətirilib. Bunu ölkənin Quru Qoşunlarının komandir müavini, briqada generalı Əli Arastə deyib.
Trend-in İranın İSNA agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Arastə bildirib ki, hazırda Silahlı Qüvvələrinin Quru Qoşunları komandiri, briqada generalı Əhmədrza Purdəstan və onun müavinləri ölkənin qərb və cənub-qərb sərhədlərindədir.