...

ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

Siyasət Materials 30 İyun 2014 15:40
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində müzakirə olunan qətnamə layihəsinə Azərbaycan hökumətinə ATƏT-in Azərbaycandakı ofisinin yenidən açılmasına icazə verməsinə çağırış edən 45 saylı bənd daxil edilib.
ATƏT Azərbaycandakı ofisinin yenidən açılmasını istəyir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Elçin Mehdiyev/

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində müzakirə olunan qətnamə layihəsinə Azərbaycan hökumətinə ATƏT-in Azərbaycandakı ofisinin yenidən açılmasına icazə verməsinə çağırış edən 45 saylı düzəliş daxil edilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova düzəlişə etiraz edərək onun qətnamə layihəsindən çıxarılmasını tələb edib. Lakin düzəliş səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu qəbul olunan düzəlişlər hələ tam qəbul edilmiş sənəd hesab olunmur. Yekunda düzəlişlər ATƏT PA-nın sessiyasında bir daha müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti