...

Azərbaycan XİN rəhbəri Gürcüstan parlamentinin sədri ilə görüşüb

Siyasət Materials 7 İyul 2014 21:19 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb.
Azərbaycan XİN rəhbəri Gürcüstan parlamentinin sədri ilə görüşüb

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşüb.

Görüş əsnasında nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında olan əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, ölkələrimizin irimiqyaslı regional layihələrin həyata keçirilməsində uğurlu əməkdaşlıq etdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafında parlamentlərarası diplomatiyanın kəsb etdiyi əhəmiyyətindən danışaraq, bu səfərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

David Usupaşvili Azərbaycanın regionun sabitliyinə və inkişafına töhfə verdiyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Ermənistanın regiondakı inkişaf proseslərindən və regional layihələrdən kənar qalmasının əsas səbəbinin Ermənistanın işğalçı siyasətində olduğunu vurğulamışdır.

Gürcüstan parlamentinin sədri David Usupaşvili ölkələrimiz arasında dostluq və mehriban qonşuluq əlaqələrinin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş və hər iki ölkənin parlamentinin də bu xüsusda öz töhfəsini verməyə hazır olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və regional layihələr barəsində fikir mübadiləsi aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti