...

Bakıda nümayiş olunan silahlar (FOTO)

Siyasət Materials 11 Sentyabr 2014 12:32 (UTC +04:00)
Trend sərgidən fotolorı təqdim edir.
Bakıda nümayiş olunan silahlar (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı Ekspo Mərkəzində açılan Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX-2014) müxtəlif ölkələrin, o cümlədən Azərbaycan Respublikasının istehsal etdiyi silahlar və döyüş texnikaları nümayiş olunur.

Trend sərgidən fotolorı təqdim edir.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgidə dünyanın 34 ölkəsindən 200-dən çox şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.

Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.

Sərgi sentyabrın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti