...

Türkiyəli şirkət rəhbəri: Azərbaycan müdafiə sənayesinin inkişafında əsas imkanlara malikdir

Siyasət Materials 12 Sentyabr 2014 11:47 (UTC +04:00)
"Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan bütün bunlara malikdir".
Türkiyəli şirkət rəhbəri: Azərbaycan müdafiə sənayesinin inkişafında əsas imkanlara malikdir

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Müdafiə sənayesinin inkişafında əsas məsələ siyasi iradə, maliyyə gücü ilə bağlıdır və qardaş Azərbaycan bütün bunlara malikdir". Trend xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi məshulları istehsal edən MKEK (Makina ve Kimya Endüstrisi Kurumu) şirkətinin baş direktoru İzzet Artunc "ADEX 2014" I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Bakıda "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, "soyuq müharibə"dən sonra müharibə aparmaq konsepsiyaları dəyişib, informasiya müharibəsi başlayıb: "İnformasiya texnologiyaları, məlumatın təhlili, silahların nəzarət altında saxlanılması üsulları inkişaf edib. Artıq yüksək dəqiqliyə malik mobil yüngül silahlardan istifadə edilir. "Soyuq müharibə"dən sonra kiçik, mobil qüvvələrdən istifadə daha çox üstünlük təşkil etməyə başlayıb".

İ.Artunc "soyuq müharibə"dən sonrakı təhdidlər məsələsinə toxunaraq onları assimmetrik təhdidlər adlandırıb: "Bura nüvə silahının tətbiq olunmasına yol verilməməsi, qlobal terrorçuluğa qarşı mübarizə daxildir. Assimmetrik təhdid daha az gücü olan qüvvələrin daha böyük qüvvələrə qarşı müqavimət göstərməsidir. Bu zaman bəzi tərəflər bəlli olmur. Terrorçu qruplar da qlobal texnoloji inkişafın nəticələrindən istifadə edir, narkoticarətlə məşğul olur. Bəzi ölkələrdə çaxnaşmalar da sabitliyə mənfi təsir göstərir. Bütün bunlar da assimmetrik təhdidlər sırasındadır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti