...

Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi "ADEX-2014" başa çatdı

Siyasət Materials 13 Sentyabr 2014 17:48 (UTC +04:00)
“ADEX-2014” adı altında Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı.
Birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisi "ADEX-2014" başa çatdı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

"ADEX-2014" adı altında Azərbaycanda keçirilən birinci Beynəlxalq müdafiə sənayesi sərgisi öz işini başa çatdırdı.

Trend Müdafiə Sənayesi Nazirliyinə istinadən məlumat verir ki, üç gün davam edən sərgidə Türkiyə, ABŞ, Fransa, Polşa, İsrail, Belarus, Rusiya, Cənubi Afrika daxil olmaqla dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edib.

Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdiriblər. Ekspozisiya meydançasının 1000 kvadratmetrlik sahəsini əhatə edən Azərbaycan Milli Pavilyonu müdafiə sənayesinin yeniliklərini nümayiş etdirib. 2009-cu ildə ilk qatıldığı beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi "ADEX-2014" sərgisində 168 adda məmulat nümayiş etdirib.

Sərgi zamanı müdafiə sənayesi naziri Yavər Camalovun və nazirliyin digər rəsmilərinin sərgiyə qatılan şirkətlərin əksəriyyətinin nümayəndələri ilə ikitərəfli görüşləri olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb. Görüşlərdə ikinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisinə dəvətlər çatdırılıb.

Beynəlxalq nümayəndə heyətlərinin və xarici şirkətlərin "ADEX -2014" sərgisinə böyük maraq göstərməsi Azərbaycanın həm mühüm strateji tərəfdaş, həm də regionda etibarlı əlaqələrin rəmzi kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.

Sərgini ziyarət edənlər arasında yerli və beynəlxalq mütəxəssislər, hərbi ekspertlər, eləcə də dövlət strukturlarının və şirkətlərin nümayəndələri ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin sifarişi əsasında Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri də var idi.

Sərgiyə yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən böyük maraq göstərilib.

Sərgi çərçivəsində "Müasir müharibə metodları və təhlükəsizlik çağırışları" mövzusuna həsr edilmiş konfrans keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti