...

Latviyanın sabiq prezidenti: Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır

Siyasət Materials 3 Oktyabr 2014 11:06 (UTC +04:00)
O qeyd edib ki, çoxmədəniyyətli cəmiyyətin yaxşılaşdırılmasının ən vacib məqamı cəmiyyətdə dialoq və sülhdür.
Latviyanın sabiq prezidenti: Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır

Azərbaycan, Bakı 3 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Çoxmədəniyyətli cəmiyyət üçün dünyaya dialoq lazımdır. Bunu cümə günü Latviyanın sabiq prezidenti Valdes Zatlers IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru mövzusunda "dəyirmi masa"da bildirib.

V.Zatlers deyib: "Əgər biz mədəniyyətdən danışırıqsa, bizlərdən hər birimiz müəyyən situasiyalarda mədəniyyət haqqında müxtəlif baxışlara malik oluruq. Əgər mədəniyyət anlayışının tərifi nöqtəsinə qayıtsaq, biz tədqiqat aparmışıq, respondentlərimizin 85 faizi multikulturalizmin mühüm elementləri anlayışı kimi ailəni göstərirlər. Məhz ailə çoxmədəniyyətli cəmiyyətin əsasını təşkil edir".

O qeyd edib ki, çoxmədəniyyətli cəmiyyətin yaxşılaşdırılmasının ən vacib məqamı cəmiyyətdə dialoq və sülhdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti