...

Əhməd Davudoğlu: Türkiyə Suriya rejimi və "İslam Dövləti"nin əleyhinədir

Siyasət Materials 10 Oktyabr 2014 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Suriya Prezidenti Bəşşar Əsəd rejiminə və "İslam Dövləti" terror təşkilatının əleyhinə çıxış edir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.

Onun sözlərinə görə, Suriyada bütün problemlərin başlıca səbəbi ölkə hökumətidir.

Baş nazir, həmçinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun Türkiyə hökumətinin "İslam Dövləti" yaraqlılarını dəstəklədiyi barədə bəyanatını təkzib edib.

Ə.Davudoğlu qeyd edib ki, əgər K.Kılıçdaroğlunun Türkiyə hökumətinin terrorçuları dəstəklədiyi barədə sübutu varsa, onları ictimaiyyətə təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti