Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Müdafiə Nazirliyinin baş direktorunun müavini Amir Kainin dəvətinə əsasən oktyabrın 26-dan bu ölkədə rəsmi səfərdədir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək səfər zamanı Azərbaycan-İsrail strateji tərəfdaşlıq maraqları çərçivəsində hər iki ölkənin müvafiq qurumları arasındakı münasibətlərin genişləndirilməsi, o cümlədən cinayətkarlığın qloballaşdığı müasir dövrdə onun müxtəlif növləri ilə mübarizə sahəsində əməkdaşlığın təkmilləşdirilməsi, daha da möhkəmləndirilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.