Qazaxıstan, Astana, 10 noyabr /Trend, müxbir Daniyar Muxtarov/
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar ertəsi Almaniyanın federal xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcək. Trend "Akorda"ya istinadən bu barədə məlumat verir.
"Qazaxıstan Prezidenti noyabrın 10-da Almaniyanın federal xarici işlər naziri Frank-Valter Ştaynmayeri qəbul edəcək ", - məlumatda deyilir.