YAP gəncləri hesabat verdilər (FOTO)

YAP gəncləri hesabat verdilər (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib. Sədaqət Vəliyeva bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 11253 nəfər üzvü var, onlardan 5511 nəfərini gənclər, 5293 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 149 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: "1993-cü ildə yaradılmış Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir".

YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Əli Pənahov qeyd edib ki, GB-nin III konfransında üzvlərinin sayı 4256 nəfər idisə, bu gün bu rəqəm 5511-dir. Bu müddət ərzində YAP Nizami rayon GB bir çox işlər görüb, öz sıralarını daha da genişləndirib: "YAP Nizami rayon təşkilatı GB-nin üzvlərinin 2357 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 3061 nəfəri ali, 1470 nəfəri orta ixtisas, 980 nəfəri orta təhsillidir, 3 nəfəri isə elmlər namizədidir. Gənclərin 2042 nəfəri təhsil, 1573 nəfəri səhiyyə, 324 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 378 nəfəri isə tələbədir. Sıralarımızda olan gənclərin 3 nəfəri Avropa Çempionu, 2 nəfəri Dünya Çempionu, 1 nəfəri Paralimpiya medalçısı, 28 nəfəri Respublika Çempionu, 6 nəfəri İdman Ustası, 2 nəfəri Prezident Mükafatçısı, 9 nəfəri isə ustalığa namizəddir. 12 gəncimiz isə 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etmadını qazanaraq bələdiyyə üzvü seçiliblər. Hesabat dövründə YAP Nizami rayon təşkilatı GB-nin sıralarına 1255 nəfər qəbul olunub".

Əli Pənahov vurğulayıb ki, YAP Nizami rayon təşkilatı GB-nin təşkilatçlığı ilə gənclərin maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə, rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirib: "Bunalara misal olaraq, "Heydər Əliyev irsini öyrənirik!" Heydər Əliyev Məktəbindəki mühazirələri, Dövlət Bayrağı Günü münasibətilə flaşmobu, fiziki qüsurlu uşaqlar üçün bayram şənliyini, "Xocalıya ədalət" yürüşünü, Xocalı soyqırımına həsr olunmuş sərgi-tədbiri, "Azərbaycan bayrağı" ordenli qəhrəman İbad Hüseynovla görüşü, paint-ball yarışmasını, breyn-ring yarışmasını, "Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir: şagirdlərin gözü ilə" sərgisini, Daun sindromlu uşaqlar üçün şənliyi, gimnastika üzrə Bakı birinciliyini, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbiri, Silahlı Qüvvələr Günü münasibətilə sərgi-tədbiri, kimsəsiz uşaqlara qayğını və s. göstərə bilərik".

Sonra hesabat ətrafında çıxışlar olub.

Çıxış edən YAP Nizami rayon təşkilatı GB-nin üzvləri Elşəm Mirzəyev, Asif Əliyev, Ayan Yusifova və başqaları III konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.

Sonra təşkilati işlərə baxılıb, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçilib.

Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin I müavini, Xəyal Əhmədov və Həbib Nəsirov isə müavinləri seçiliblər.

Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə minnətdarlığını bildirib. Bildirib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bundan sonra rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir.

Çıxış edən Milli Məclis sədrinin I müavini, YAP İdarə Heyətinin üzvü Ziyafət Əsgərov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir: "Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün partiyanın sıralarında 650 minə yaxın üzvün olduğunu bildirib və qeyd edib ki, onların arasında gənclər xüsusilə fərqlənirlər.

YAP İcra katibinin müavini vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir: "Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib".

YAP Siyasi Şurasının üzvü, Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

Tahir Budaqov bildirib ki, Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamla təsdiqlədiyi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın qəbul edilməsi məhz bu siyasətin bariz nümunəsidir.

Çıxış edənlər bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Yeganə milli siyasi qüvvə olan YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildirilib.

Çıxışlardan sonra konfrans işini yekunlaşdırıb.

“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Loading Bars
Xəbər lenti
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Böyük qayıdış üzrə İşçi Qrup yaradılıb
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Floridada Xocalı faciəsi qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb (VİDEO)
Səbail rayonunda narkotik satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb (FOTO/VİDEO)
Avropa məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunub (FOTO)
Bakı küçələri qardan sonra təmizlənir (FOTO)
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Bütün xəbərlər