...

Azərbaycan və Bolqarıstan prezidentləri strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar

Siyasət Materials 4 Mart 2015 15:20 (UTC +04:00)
Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan və Bolqarıstan prezidentləri strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar

Azərbaycan, Bakı, 4 mart /Trend/

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə"ni imzaladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti