...

"Türkiyə Hava Yollları"nın təyyarəsi terror aktı təhdidinə görə məcburi eniş edib

Siyasət Materials 18 Mart 2015 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

"Türkiyə Hava Yolları" aviaşirkətinin Adana-İstanbul reysini həyata keçirən təyyarəsi göyərtəyə bomba qoyulması barədə məlumata görə məcburi eniş edib.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata əsasən, təyyarə Adana aeroportundan havaya qalxdıqdan sonra dispetçer pilotlara xəbər verib ki, aeroporta təyyarənin göyərtəsinə bomba qoyulması barədə anonim zəng daxil olub.

Buna görə də pilotlar Adana aeroportuna qayıtmaq qərarı qəbul ediblər. Təyyarə ekipajı və sərnişinlər təcili təxliyə olunublar.

Minaaxtaranlar təyyarənin göyərtəsində partlayıcı qurğu tapmayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti