...

NATO-Azərbaycan münasibətləri müzakirə edilib

Siyasət Materials 19 Mart 2015 11:13 (UTC +04:00)
NATO-nun Uels sammiti tarixi hadisə oldu və bu sammitin qarşıya qoyduğu vəzifələr tək təşkilat üçün deyil, ümumilikdə region üçün vacibdir.
NATO-Azərbaycan münasibətləri müzakirə edilib

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Anaxanım Hidayətova/

NATO-nun Uels sammiti tarixi hadisə oldu və bu sammitin qarşıya qoyduğu vəzifələr tək təşkilat üçün deyil, ümumilikdə region üçün vacibdir. Trend-in məlumatına görə, bu barədə bu gün Bakıda "NATO-nun Uels sammitindən sonra Şimali Atlantika İttifaqı və tərəfdaş ölkələr arasında əməkdaşlıq" mövzusunda keçirilən konfransda çıxışında AMEA-nın İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan-NATO əməkdaşlığı bir neçə istiqamətdə inkişaf edir: "Mənim üçün vacib istiqamət Azərbaycan ərazilərinin minalardan təmizlənməsidir. Bilirsiniz ki, Azərbaycan MDB məkanında bu problemə daha çox məruz qalmış ölkədir və qeyd edilən istiqamətdə əməkdaşlıq vacibdir. Daha bir istiqamət kiberterrorçuluqdur. Bu, beynəlxalq terrorçuluğun bir qoludur".

Millət vəkili deyib ki, Azərbaycan 20 ildir erməni terrorçuluğu ilə mübarizə aparır. Onun sözlərinə görə, başqa bir maraqlı istiqamət Əfqanıstanla bağlıdır. Azərbaycanın Əfqanıstandakı proseslərdə fəal iştirak etdiyini vurğulayan A.Mustafayeva bildirib ki, hərbi kontingentin çıxarılmasından sonra Azərbaycan bu ölkədə başqa istiqamətdə fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti