Azərbaycan, Bakı, 20 aprel /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıb ki, Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.