...

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüş qabiliyyəti yoxlanılır (FOTO)

Siyasət Materials 7 Sentyabr 2015 17:15 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüşə hazır olma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başlayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüş qabiliyyəti yoxlanılır (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin döyüşə hazır olma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə sentyabrın 6-dan başlayan Komanda Qərargah Hərbi Oyunlarının ilkin mərhələsinə start verilib.

Müdafiə Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, birinci mərhələdə qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonları istiqamətində yerdəyişməsinin, səfərbərlik ehtiyatlarının toplanması və təyinatı üzrə göndərilməsinin mühafizə və müdafəsinin təmin edilməsi məqsədilə döyüş aviasiyası ehtiyat aerodromlarına köçürülüb, eləcə də Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb.

Kolonların hərəkəti və hərbi daşınmaların hava hücumundan qorunması Hava Hücumundan Müdafiə qoşunları tərəfindən həyata keçirilir.

Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub.

Komanda Qərargah Hərbi Oyunları sentyabrın 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti