...

Xalqının, dövlətinin sadiq Vətəndaşı

Siyasət Materials 8 Sentyabr 2015 22:00 (UTC +04:00)
Prezident İlham Əliyev bir daha xalqına, millətinə, dövlətinə sadiqliyini nümayiş etdirdi. Bir daha rəhbərlik etdiyi ölkəsinin tək Prezidenti yox, sadiq, vətənpərvər vətəndaşı olduğunu həm dünya ictimaiyyətinə, həm də daxildə "5-ci kolon"un üzvlərinə çatdırdı.
Xalqının, dövlətinin sadiq Vətəndaşı

Baş redaktorun müavini, Azərbaycan Xəbərlər xidmətinin rəhbəri
Emil Hüseynli - Trend:

Prezident İlham Əliyev bir daha xalqına, millətinə, dövlətinə sadiqliyini nümayiş etdirdi. Bir daha rəhbərlik etdiyi ölkəsinin tək Prezidenti yox, sadiq, vətənpərvər vətəndaşı olduğunu həm dünya ictimaiyyətinə, həm də daxildə "5-ci kolon"un üzvlərinə çatdırdı. Bəli, söhbət Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışından gedir. Müşavirədə dövlət başçısı bu gün Azərbaycan xalqının, ictimaiyyətinin narahatlıqla izlədiyi proseslərə tam aydınlıq gətirdi.

Əslində, dövlət başçısının dilindən səslənən fikirlər dünya liderlərinə açıq mesaj kimi qiymətləndirilə bilər. Bu mesaj nəyi ehtiva edir?

Birincisi, Azərbaycanın müstəqilliyinin, milli maraqlarının təhdidi üçün uzanan əllər dərhal kəsiləcək. Azərbaycanda "ərəb bahar"ı, "Maydan hərəkatı" yaratmaq istəyənlərin çirkin niyyətləri baş tutmayacaq. Böyük pullər xərcləyərək "5-ci kolon" yaradıb ölkənin ictimai-siyasi vəziyyətini dəyişmək cəhdləri uğursuzluğa düçar olacaq.

İkincisi, Azərbaycan digər ölkələrdə baş verən proseslərə müdaxilə etmək niyyətində deyil, güclərin oyunçusuna çevrilməyəcək. Onların əməlləri, regionda vəziyyəti gərginləşdirmək istəyinə Azərbaycanın siyasi elitası dəstək verməyəcək. Dünya proseslərində yeni düzəmin yaranmasında, dünya xəritəsində dəyişikliklər baş verməsində maraqlı olmayacaq.

Sözsüz ki, Prezidentin bu mesajları fəaliyyətlərini ikili standartlar üzərində quran dövlətlərə, beynəlxalq qurumlara, Azərbaycanın uğuruna kölgə salan, qarışıq dünyada stabil ölkə kimi inkişafımızda maraqlı olmayan bəzi xarici qüvvələrə tutarlı cavab idi. Əslində, mahiyyət bəllidir. Bu gün dünyada hökm sürən gərginlik, müharibə ocaqlarının olmasının başlıca səbəbi beynəlxalq hüququn prinsiplərinin maraqlı dövlətlərin "əsiri"nə çevrilməsidir.

Digər tərəfdən isə dövlət başçısının Azərbaycan cəmiyyətinin narahatlıqla izlədiyi proseslərə aydınlıq gətirməsi bir daha vətəndaşlarda əminlik yaratdı ki, hakimiyyət xalqla həmrəydir, iqtisadi və siyasi prosesləri düzgün təhlil edərək müvafiq qərarlar verir.

Yekun olaraq qeyd etmək olar ki, Azərbaycan düşünülmüş xarici və daxili siyasət yürüdür, öz düzgün yolunda addımlamaqda davam edir. Azərbaycanı bu yoldan kimsə döndərə bilməz. Çünki bu gün Azərbaycan dövləti ilə cəmiyyət arasında sıx münasibətlər var. Azərbaycan vətəndaşı dövlətinə, Prezidentinə güvənir. Bu yol bizim yoldur - aydın, açıq, dünyanı sülhə aparan yol.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti