...

Azərbaycan-İtalya münasibətləri müzakirə olunub

Siyasət Materials 10 Sentyabr 2015 17:59 (UTC +04:00)
Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-İtalya münasibətləri müzakirə olunub

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Trend Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları salamlayan V.Ələsgərov ölkəmizin keçdiyi inkişaf yolundan, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışıb.

O bildirib ki, Azərbaycan müxtəlif xalqların bərabərhüquqlu şəraitdə yaşadığı tolerant ölkədir.

Sədr müavini diqqətə çatdırıb ki, parlamentlərarası əməkdaşlığın inkişafında dostluq qruplarının böyük rolu var: "İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır".

V.Ələsgərov qonaqlara Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal iqtisadi layihələr barədə məlumat verib. O bildirib ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir: "Azərbaycanın İtaliya ilə ticarət əlaqələri Avropa ölkələri arasında birinci yerdədir".

Söhbət zamanı V.Ələsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib.

Səmimi fikirlər üçün təşəkkürünü bildirən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib.

O, qeyd edib ki, bu səfər Azərbaycanı daha yaxından tanımağa imkan verəcək və münasibətlərimizin inkişafına təkan olacaq.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti