...

Musa Qasımlı: Qanunu pozanların qanuna riayət etməyə dəvət olunmasını siyasiləşdirmək yolverilməzdir

Siyasət Materials 21 Sentyabr 2015 20:04 (UTC +04:00)
“Xarici KİV-lər, eləcə də digərləri bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlətin müvafiq qurumlarında akkreditasiyadan, qeydiyyatdan keçməlidirlər”.
Musa Qasımlı: Qanunu pozanların qanuna riayət etməyə dəvət olunmasını siyasiləşdirmək yolverilməzdir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Xarici KİV-lər, eləcə də digərləri bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlətin müvafiq qurumlarında akkreditasiyadan, qeydiyyatdan keçməlidirlər". Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı son günlər Azərbaycanda bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirərkən deyib.

M.Qasımlı bildirib ki, dövlətin qanunlarına riayət etmək lazımdır: "Azərbaycanın KİV-ləri akkreditasiyadan, qeydiyyatdan keçmədən hər hansı bir xarici ölkədə fəaliyyət göstərə bilərmi? Və ya ölkə daxilində bir TV lisenziya almadan yayımlana bilərmi? Cavab birmənalıdır: qətiyyən yox! Dərhal cinayət işi açarlar, həbs edərlər və ya xariciləri ən azı ölkədən deportasiya edərlər".

O, qeyd edib ki, Azərbaycanda da bütün bu məsələlər qanunla tənzimlənir: "Ölkə ərazisində özbaşına fəaliyyət göstərmək qanunsuzluqdur. Qanuna riayət etməyənlərə qarşı qanunun gücünün tətbiq edilməsində qanunsuz bir hərəkət və ya qəribə bir şey yoxdur".

Millət vəkili vurğulayıb ki, qanunu pozanların qanuna riayət etməyə dəvət olunmasını şişirdərək mətbuata təzyiq kimi qiymətləndirmək və siyasiləşdirmək yolverilməzdir: "Yaxşı olar ki, həmin KİV-lər qanunun tələblərini yerinə yetirsinlər, sonra isə nə istəyirlər, necə istəyirlər, onu da yazsınlar, çünki ölkəmizdə mətbuat azaddır, senzura yoxdur və jurnalist öz fəaliyyətində sərbəstdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti