...

Azərbaycanda ekstradisiyadan imtinaya əsas verən halların sayı artırıldı

Siyasət Materials 20 Oktyabr 2015 13:16 (UTC +04:00)
Azərbaycanda cinayət törətmiş şəxslərin ekstradisiyasından imtinaya əsas verən halların sayı artırılır.
Azərbaycanda ekstradisiyadan imtinaya əsas verən halların sayı artırıldı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda cinayət törətmiş şəxslərin ekstradisiyasından imtinaya əsas verən halların sayı artırılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" qanuna dəyişikliklərdə əksini tapıb.

Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq, cinayət xüsusi ittiham qaydasında (zərərçəkmiş şəxsin şikayəti əsasında) təqib edildiyi halda şəxsin ekstradisiyasından imtina edilə bilər.

Bununla yanaşı, sorğu edən xarici dövlətin qanunvericiliyinə əsasən, şəxsin verilməsinə əsas olan cinayət üzrə dəyişdirilməz ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulma da ekstradisiyadan imtinaya əsas olacaq.

Dəyişikliklərin edilməsində məqsəd ekstradisiya sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsidir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti