Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/
Pakistan Senatının (parlamentin yuxarı palatası) deputatları Azərbaycanda parlament seçkilərinin gedişini müşahidə edəcək. Bunu Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.
Onun sözlərinə görə, bu məqsədlə oktyabrın 30-da Bakıya Pakistan Senatının 6 nəfərdən ibarət nümayəndə heyəti gələcək.
Bununla əlaqədar Azərbaycan diplomatı Pakistan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nushat Sadıq ilə görüş keçirib. Görüş zamanı ikitərəfli parlamentlərarası əlaqələr müzakirə edilib.