...

İlham Əliyev Əhməd Davudoğlunu təbrik etdi

Siyasət Materials 2 Noyabr 2015 13:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə dünən keçirilən parlament seçkilərində qələbə qazanan Ədalət və İnkişaf Partiyasının rəhbəri, Türkiyənin Baş naziri Əhməd Davudoğlunu təbrik edib.
İlham Əliyev Əhməd Davudoğlunu təbrik etdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə dünən keçirilən parlament seçkilərində qələbə qazanan Ədalət və İnkişaf Partiyasının rəhbəri, Türkiyənin Baş naziri Əhməd Davudoğlunu təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Baş nazir,

Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.

Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti