...

Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib

Siyasət Materials 6 Dekabr 2015 16:03 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə başsağlığı verib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Başsağlığında deyilir:

"Günəşli" neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin.

Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti