Bakı. İlhamə İsabalayeva - Trend:
"Azərbaycanda dövlət qurumlarında aparılan struktur islahatları göstərir ki, daxili iqtisadiyyatda qənaət siyasətinə keçirik". Bunu Trend-ə Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.
Onun sözlərinə görə, bəzi strukturların bağlanması, bəzilərinin birləşdirilməsi xərclərin azaldılması deməkdir.
Deputat qeyd edib ki, Prezidentin sərəncamı ilə pensiya və müavinətlərin artırılması dövlətin əhaliyə göstərdiyi dəstəyin nümunəsidir: "Təbii ki, Azərbaycan dünyada gedən proseslərdən kənarda qala bilməz. Dünyada iqtisadi böhran, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi Azərbaycanın da dövlət büdcəsinə təsir göstərdi. Ancaq Azərbaycan Prezidenti bu vəziyyətdə vətəndaşlarına qayğı göstərərək onlara laqeyd olmadığını, əlindən gələni etməyə hazır olduğunu bir daha nümayiş etdirdi".