...

Səfir Daşqın Şikarov etimadnamələrin surətini BƏƏ-də təqdim edib

Siyasət Materials 21 Yanvar 2016 12:46 (UTC +04:00)
Cari ilin 20 yanvar tarixində səfir Daşqın Şikarov etimadnamələrin surətini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.
Səfir Daşqın Şikarov etimadnamələrin surətini BƏƏ-də təqdim edib

Bakı. Trend:

Cari ilin 20 yanvar tarixində səfir Daşqın Şikarov etimadnamələrin surətini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin birinci müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.

Dost və qardaş BƏƏ-yə səfir vəzifəsinə təyin olunmasından məmnunluğunu bildirən səfir Azərbaycanı və Ərəb Əmirliklərini bağlayan dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çıxarmaq istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.

D.Şikarov BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfərini xatırladaraq, bu səfərin xüsusən də AR-BƏƏ siyasi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli olduğunu xüsusilə qeyd edib.

Azərbaycan səfirini təyinatı münasibətilə təbrik edən nazirin 1-ci müavini ona yeni vəzifəsində müvəffəqiyyətlər diləmiş və vəzifə səlahiyyətləri daxilində istənilən məsələdə yardım etməyə hazır olduğunu diqqətinə çatdırmışdır.

XİN rəsmisi Şeyx Məhəmməd bin Raşidin Bakıya səfərinə keçərək, həmin səfərin uğurla keçdiyini vurğulayıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli çəkisini xüsusilə qeyd edib.

Nazirin 1-ci müavini ilə görüşün ardınca BƏƏ xarici işlər nazirinin Protokol məsələləri üzrə müavini Şihəb Əl-Fəhim ilə görüş baş tutub.

Səfir D.Şikarovu təyinatı münasibətilə təbrik edərək, nazir müavini fəaliyyətində uğurlar diləyib və fəaliyyətinin uğurlu olması üçün lazımi dəstək verməyə hazır olduğunu diqqətinə çatdırıb.

Səfir məhz Azərbaycana dost və qardaş ölkəyə təyinatından sevinc hissi duyduğunu deyərək, fəaliyyət göstərəcəyi müddət ərzində iki dost və qardaş ölkə arasındakı əlaqələrdə hərtərəfli yüksəlişə nail olmağa səy göstərəcəyini vurğulayıb.

Hər iki görüşdə müqabil tərəfə torpağlarımızın Ermənistan tərəfindən işğalı, Xocalı soyqırım və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar haqqında dolğun məlumat verilib, münaqişə ilə bağlı BƏƏ-nin dəyişməz mövqeyinin Azərbaycanda yüksək dəyərləndirildiyi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti