...

Siyavuş Novruzov: Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu

Siyasət Materials 31 Yanvar 2016 08:52 (UTC +04:00)
“Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmiz üçün çox ağır oldu. Ona görə ki, həmin dövürdə rəhbərlikdə olan Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu”.
Siyavuş Novruzov: Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanın müstəqilliyinin ilk illəri ölkəmiz üçün çox ağır oldu. Ona görə ki, həmin dövürdə rəhbərlikdə olan Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti Azərbaycana çox böyük ziyan vurdu".

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, vaxtında ulu öndər Heydər Əliyev hakimiyyətə gəlsəydi, yəni o dövürdə hakimiyyətə qayıdışı baş tutsaydı Azərbaycanın bu qədər ərazi itkisi də baş verməzdi və Azərbaycan istər sosial-iqtisadi, istərsə də digər sahələrdə daha geniş şəkildə inkişaf edərdi.

S.Novruzov bildirib ki, həmin şəxslər indi də dövlət əlehinə iş aparırlar: "Onlarn fəaliyyəti mövsümidir. Yazda, payızda görürsən ki, müəyyən qədər xaricdən pul alıb mintiqlər keçirirlər, dövlət əleyhinə işlər aparırlar, ayrı-ayrı internet saytlarında yazılar yazırlar, xaricə Azərbaycanın əleyhinə düzgün olmayan məlumatlar ötürürməklə məşğuldular".

S.Novruzov əlavə edib ki, bunu bütün Azərbaycan ictimaiyyəti də bilir və hər şeyi düzgün qiymətləndirir: "Azərbaycan xalqı dövlətin, prezidentin siyasətin dəstəkləyir və xalq ilə iqtidar birlikdə fəaliyyətin davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti