...

IV Qlobal Bakı Forumu gənc liderlər dünyanı narahat edən məsələləri müzakirə ediblər (FOTO)

Siyasət Materials 11 Mart 2016 20:17 (UTC +04:00)
Bakı Forumunda gənc liderlər dünyanı narahat edən qlobal məsələlər barədə fikir mübadiləsi aparıblar.
IV Qlobal Bakı Forumu gənc liderlər dünyanı narahat edən məsələləri müzakirə ediblər (FOTO)

Bakı. Trend:

IV Qlobal Bakı Forumu çərçivəsində növbəti panel iclası "Gənclər danışır, biz dinləyirik" mövzusunda keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, paneldə Kanada, Pakistan, Azərbaycan, ABŞ, Qırğızıstan, İndoneziya, Makedoniya, Türkiyə və Filippindən olan gənc liderlər çıxış ediblər.

Xarici və yerli gənc liderlərin dünyadakı roluna həsr olunan panel iclasında qlobal problemlər, yeni çağırışlar badədə fikir mübadiləsi aparılıb, onların həlli yolları müzakirə edilib.

İclasda çıxış edən gənclər Forumda müzakirə edilən məsələlərin çox böyük əhəmiyyəti olduğunu deyiblər. Dünyada baş verən qlobal proseslərin həlli yollarının tapılması istiqamətində gənclərin də fikirlərinin öyrənilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, Forumda müzakirə olunan məsələlər qlobal dünyada işsizlik, miqrasiya, insan alveri və digər problemlərin həllinin araşdırılmasına əhəmiyyətli töhfə verəcək. Qlobal Bakı Forumu dünyada sülhün və sabitliyin təmin olunmasına xidmət edəcək.

İclasda gənc liderlər Suriya, Ukrayna və dünyanın digər qaynar nöqtələrində davam edən münaqişələr, beynəlxalq terrorizmə, radikalizmə qarşı mübarizə, İran və Əfqanıstan, Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi, Yaxın Şərqdən və Afrikadan Avropaya miqrant axını, multikultural dəyərlərin inkişaf etdirilməsi, enerji bazarında qeyri-sabitlik və bununla əlaqədar qlobal iqtisadi problemlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar beynəlxalq aləmi narahat edən ən mühüm problemləri müzakirə edib, yaranmış vəziyyətdən çıxış yolları üçün ideya və təkliflərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti