...

Oqtay Əsədov KİV-lərə irad tutdu

Siyasət Materials 18 Mart 2016 12:43 (UTC +04:00)
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu günki iclasının çağırılması məsələsinin bir sıra kütləvi informasiya vasitələrində birmənalı qarşılanmamasına kəskin etirazını bildirib.
Oqtay Əsədov KİV-lərə irad tutdu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu günki iclasının çağırılması məsələsinin bir sıra kütləvi informasiya vasitələrində birmənalı qarşılanmamasına kəskin etirazını bildirib.

Trend-in məlumatına görə, O.Əsədov deyib ki, bu, Milli Məclisin öz səlahiyyətlərinə aid olan məsələdir: "Biz nə zaman istəsək, iclas keçirə bilərik. Burada qeyri-adi nə var ki? Mən anlamıram ki, Milli Məclisin bu gün növbədənkənar iclas çağırılması bir sıra KİV-lərdə nə üçün bu qədər hay-küylə qarşılanır? Bir daha deyirəm, bu məsələ bizim səlahiyyətimizə aid olan məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti