...

Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir (FOTO)

Siyasət Materials 7 Aprel 2016 11:46 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçirilir.
Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran XİN rəhbərləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərifin görüşü keçirilir.

Trend-in məlumatına görə, tərəflər regional əməkdaşlıqda qarşılıqlı maraqlar kəsb edən məsələlər, xüsusən ikitərəfli və üçtərəfli layihələrin həyata keçirilməsi, o cümlədən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi üzrə fikir mübadiləsi aparır. Həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir.

Bundan əlavə, XİN rəhbərlərinin ayrıca ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti