...

Politoloq: Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü regionda əməkdaşlığın inkişafına təkan verəcək

Siyasət Materials 7 Aprel 2016 18:30 (UTC +04:00)
“Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü regionda həm əməkdaşlığın, həm də təhlükəsizliyin inkişafına təkan verəcək”.
Politoloq: Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüşü regionda əməkdaşlığın inkişafına təkan verəcək

Bakı. Elçin Mehdiyev - Trend:

"Bakıda keçirilən Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşü regionda həm əməkdaşlığın, həm də təhlükəsizliyin inkişafına təkan verəcək". Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, bu görüş Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri zamanı Prezident Həsən Ruhani ilə görüşündə əldə olunmuş razılıqların məntiqi bir nəticəsidir.

Politoloq bildirib ki, Qərbin İrana qarşı sanksiyaları aradan qaldırmasından sonra hər üç dövlət arasında əməkdaşlığın inkişafı bu ölkələrin maraqlarına xidmət edir: "Görüş zamanı müzakirə edilən əsas məsələlərdən biri də "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılmasıdır. Bu da Azərbaycan, Rusiya və İranın yükdaşıma sahəsində böyük önəm kəsb edir".

A.Nağıyev əlavə edib ki, ermənilər cidd-cəhdlə buna mane olmağa çalışırdılar və ortaya müxtəlif layihələr qoyurdular: "Lakin XİN rəhbərlərinin bugünkü görüşündən sonra ermənilər bu layihədən kənarda qaldılar. Ermənistan təbii ki, belə layihələrdən kənarda qalmalı idi. Çünki bu layihənin həyata keçirilməsində birinci təhlükəsizlik məsələsidir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi və Ermənistan daim buna mane olduğu üçün Ermənistan təhlükəsizliyə təminat verə bilməz".

A.Nağıyev bildirib ki, ümumilikdə XİN rəhbərlərinin bu görüşü çox yüksək qiymətləndirilməlidir: "Çünki hər üç dövlət bu əməkdaşlıqdan və həyata keçirilməsi planlaşdırılan layihələrdən böyük faydalar götürəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti